8 il çips və qızarmış çörəkdən başqa heç nə yeməyən qız hipnozla sağaldı

İngiltərənin Koventri şəhərindən olan 10 yaşlı qız həyatınının səkkiz ilini ancaq çips və qızardılmış çörək yeməklə keçirib.

“Daily Mirror”un məlumatına görə, onu hipnozun köməyi ilə başqa yeməyə öyrətmək mümkün olub.

18 ayına kimi Marta Devisin rasionu digər həmyaşıdlarınınkı kimi olub.

“Sonra  o, qışqırmağa və yeməyi kənara itələməyə başladı. Mən inadkarlıq edirdim, ancaq onun şıltaqlığı artırdı”, – deyə anası bildirir.

Tezliklə qız çips və ağ çörək tostundan başqa heç nə yeməməyə başlayıb.

Martanın qeyri-adi davranışının səbəbi qida neofobiyası (bilinməyən qidanın patoloji qorxuya səbəb olduğu zehni xəstəlik) olduğu ortaya çıxır.

Problemi həll etməyə hipnoterapiya kömək edib.

“Seansdan sonra o, meyvə və tərəvəzləri yeməyə başladı. Bir neçə həftə içində isə 50 yeni yeməyin dadına baxdı” deyə qızın anası bildirib.

Share: