Çində sutka ərzində daha 8 nəfər koronavirusa yoluxub

Çin həkimləri ötən sutka ərzində daha 8 koronavirusa yoluxma faktı aşkar ediblər, yoluxanların hamısı Çinə xaricdən gəliblər.

Milletinsesi.az  xəbər verir ki, bu barədə Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsi bildirib.

Məlumata əsasən, ölüm halı qeydə alınmayıb, 9 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Çində koronavirusun səbəb olduğu xəstəliyin ümumi sayı 85 322-ə çatıb, 4 634 nəfər ölüb, 80 522 nəfər sağalaraq evə buraxılıb.

Share: