Kolumbiyada koronavirusdan ölənlərin sayı 25 min nəfəri ötdü

Kolumbiyada yeni növ koronavirusdan ölənlərin sayı 25 min nəfəri ötüb.

Trend-in “Sinxua”ya istinadən verdiyi məlumata görə, ötən sutka ərzində ölkədə koronavirusa daha 7 494 nəfər yoluxub, yoluxanların ümumi sayı 798 317 nəfərə çatıb.

Bundan əlavə, ötən sutka koronavirusdan 179 nəfər ölüb, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 25 103 nəfər təşkil edir.

Share: