Gürcüstanda koronavirusa yoluxanların sayı 5 minə yaxınlaşır

Gürcüstanda koronavirusa gündəlik yoluxma göstəricisi 300 nəfərə yaxınlaşır.

Son sutka ərzində 296 nəfər koronavirusa yoluxub.

Bu, pandemiya başlayandan bu günədək Gürcüstanda qeydə alının ən yüksək göstəricidir.

Ölkədə bu günədək virusa yoluxanların sayı 4 960 nəfərə çatıb.

Bu günədək ölkədə 27 nəfər vəfat edib. 1 819 nəfər sağalıb, 3 114 nəfərin müalicəsi davam edir./Trend

Share: