ABŞ və Rusiya arasında nüvə sazişi dalana dirəndi

Strateji silahların azaldılmasını nəzərdə tutan yeni “Start” müqaviləsinin uzadılması ilə bağlı ABŞ və Rusiya arasında mübahisələr davam edir.

Axar.az xəbər verir ki, ABŞ müqavilənin uzadılması təklifinin ruslar tərəfindən qəbul edildiyini açıqlasa da, Moskva bu iddianı rədd edib.

Razılaşma iki ölkənin nüvə silahlarının tədricən azaldılmasını nəzərdə tuturdu. Moskvanın silah sayını azaltmaq əvəzinə 1500-dən 2500-ə qaldırdığı bildirilir. Bundan əlavə, ABŞ Rusiyadan müqavilədəki öhdəliklərinə əməl etməsini və Çinin müqaviləyə daxil edilməsini tələb edir. Razılaşma uzadılmasa, nüvə silahlarının sayının əhəmiyyətli dərəcədə artacağı xəbərdarlığı edilir.

Qeyd edək ki, Soyuq müharibədən qalan nüvə silahlarının azaldılması ilə bağlı mübahisələr bu gün də davam edir. Vaşinqton və Moskva arasında “Strateji Silahların Azaldılması” sazişi Soyuq müharibənin sonunda, 1991-ci ildə bağlanıb.

Share: