Ermənistanda koronavirusa yoluxanların sayı 65 mini ötdü

Ermənistanda daha 766 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 65 460-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 1 091-ə çatıb. İndiyədək 48 208 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 15 845 aktiv koronavirus xəstəsi var./report

Share: