Ərdoğan və Allahşükür Paşazadə açılış mərasimində

Oktyabrın 19-da İstanbulda İbn Haldun Universitet Kompleksinin açılış mərasimi keçirilib.

Milletinsesi.az xəbər verir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iştirak ediblər.

Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə müqəddəs Qurani-Kərimdən ayələr oxunub.

Təməli 2018-ci ildə qoyulan universitet İstanbulun Başakşəhər rayonunda tikilib. Klassik türk memarlıq üslubunda inşa olunan təhsil müəssisəsi ən yeni texnologiyalarla təhciz edilib

 

Share: