“Soudel” Filippin istiqamətində irəliləyir

Sakit okeanda formalaşan və “Soudel” adı verilən tropik siklon Filippin istiqamətində irəliləyir.

Milletinsesi.az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Honkonqun meteoroloji rəsədxanasında bildiriblər.

Məlumata əsasən, hazırda tropik qasırğa Manila şəhərindən 370 kilometr şimal-şərqdədir. Proqnozlara əsasən, sutka ərzində tropik qasırğa Filippinin ən böyük adası Luson adasına çatacaq, oktyabrın 21-i isə Cənubi Çin dənizinə daxil olacaq.

Bildirilir ki, həftənin sonuna “Soudel” Vyetnam sahillərində çata bilər.

Share: