Donnarumma və yeni transfer koronavirusa yoluxdu

“Milan”ın qapıçısı Canluici Donnarumma və yeni transfer olunan hücumçu Yens Petter Hauqe koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. Donnarumma və Hauqedən əlavə,  komandanın adı açıqlanmayan 3 nümayəndəsindən də götürülən test nümunələrinin cavablarının müsbət çıxdığı bildirilib.

Sözügedə şəxslərin artıq karantinə alındığı bildirilib.

Share: