“Zirə”nin legioneri milliyə çağırıldı

“Zirə”nin futbolçusu Klesio Bauk Mozambik millisinə çağırılıb.

Qol.az Mozambik Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Luis Qonsalveşin Afrika Millətlər Kubokunda Kamerunla oyun üçün dəvət göndərdiyi 23 futbolçu sırasında 26 yaşlı hücummeylli yarımmüdafiəçinin də adı yer alıb.

Qeyd edək ki, Mozambik yığması Kamerunla 12 və 16 noyabr tarixlərində iki oyun keçirəcək.

Share: