Düşmənin Bərdədə hədəf aldığı yerlər bilindi – SİYAHI

Bərdə şəhərinə Ermənistan silahlı qüvvələrin hücumu zamanı hədəf alınmış yerlər bəlli olub.

Bərdə Şəhər Mərkəzi Xəstəxanası, Şəhər Poliklinikası, Yanğınsöndürmə Xidməti, Diaqnostika Mərkəzi, doqquzmərtəbəli yaşayış binası və şəhərin “Təzə Bazar” adlanan ərazisi düşmənin əsas hədəfi olub.

İlkin məlumata görə, şəhərə bir neçə raket atılıb.

Hadisə nəticəsində 14 nəfər həyatını itirib, 40-dan çox yaralı var.

Share: