Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi

Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Share: