Kritik xəbərdarlıq: Növbəti zəlzələ burada ola bilər…

İzmirin mərkəzində də zəlzələ ola bilər.

Axar.az xəbər verir ki, bu açıqlama ilə zəlzələ üzrə mütəxəssis Naci Görür çıxış edib.

Görür zəlzələnin qarşısıalınmaz olduğunu, ancaq fayların təsir sahələrini əvvəlcədən təyin edərək meydana gələ biləcək zərəri proqnozlaşdırmağın mümkün olduğunu söyləyib.

O qeyd edib ki, növbəti zəlzələ Tuzla fayı xəttində meydana gələ bilər:

“Bu fay İzmirin mərkəzinə qədər uzanır. Bu hissədə də bir zəlzələ ola bilər”.

Görür növbəti güclü zəlzələnin nə vaxt baş verə biləcəyi ilə bağlı bir şey söyləməyin mümkün olmadığını vurğulayıb.

Qeyd edək ki, ötən gün Türkiyənin İzmir bölgəsində 6.6 bal gücündə zəlzələ baş verib.

Share: