Özbəkistan portalları Bərdə hadisələrindən yazır

Özbəkistanın “tnews.uz”, “human.uz” və ”fikr.uz” portalları Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi ağlasığmaz terror aktı, Bərdənin “Smerç” raketlərindən atəşə tutulması, ekoloji terror törətməsi barədə materiallar yayıb.

Milletinsesi.az xəbər verir ki, “tnews.uz” portalındakı yazıda Birləşmiş Millətlər Təşkilatının Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik Nyu-Yorkda keçirdiyi brifinqdə Bərdə şəhərinin atəşə tutulmasını pislədiyi bildirilib.

“human.uz” saytı isə yazır ki, “Human Rights Watch” təşkilatı Bərdə şəhərində Ermənistanın qadağan olunmuş kaset bombalarından istifadə edildiyini təsdiqləyib. Ermənistan təxirə salınmadan belə silahlardan istifadəni dayandırmalıdır.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir.

“firk.uz” portalı isə qeyd edir ki, Ermənistan Azərbaycan ərazilərində ekoloji terror törədir. Təcavüzkar dövlət qadağan olunmuş silahlarla dinc insanları öldürür, evlərini dağıdır, ölkənin flora və faunasını, parkları məhv edir, meşələri yandırır. Ermənistan Ağgöl və Göygöl milli parklarına bir neçə raket atıb və bunun nəticəsində həmin ərazilərdə yanğın başlayıb.

 

Share: