Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng edib.

Milletinsesi.az-ın məlumatına görə, bu barədə XİN rəhbəri rəsmi “Facebook” səhifəsində etdiyi paylaşımda bildirib.

“Qardaşım Mevlüt Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim. Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!”,-deyə paylaşımda qeyd edilib.

Share: