Rusiyada daha 334 nəfər öldü

Rusiyada son sutka ərzində daha 18 140 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milletinsesi.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 1 618 116 nəfərə çatıb.

Son sutka ərzində 334 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 27 990 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Share: