Azərbaycanda kafe və restoranlar yenidən bağlanır? – AÇIQLAMA

Oktyabrın 30-da Azərbaycanda rekord yoluxma qeydə alınıb. Belə ki, 1022 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb. Yoluxma sayını azaltmaq üçün bu həftə Azərbaycanda kafe və restoranlar yenidən qapadıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, aprel ayındakı karantin rejiminə təcili qayıtmaq lazımdır:

“Gözəllik salonları, kafe və restoranların hər biri bağlanılmalıdır. Düşünürəm ki, tezliklə bu barədə qərar qəbul ediləcək. Aprel ayındakı karantin rejiminə qayıtmaq mütləqdir. Əks təqdirdə yoluxma sayı 2000-nə qədər yüksələcək.

İnsanlar küçədə maska taxmasa da olar. Amma dayanacaqda, qapalı yerlərdə mütləq taxmalıdırlar.

Qapalı yerlərə daxil olan zaman maska taxmaq mütləqdir. Bəzən olur ki, insanlar qapalı yerlərə daxil olan zaman maskanı taxır, içəri daxil olan kimi onu çənəsinin altına endirir. İctimai nəqliyyatdakı sıxlıq da yoluxmaların sayını artırır. Ona görə də təcili olaraq “evdə qal” karantininə keçmək lazımdır. Bu yolla biz yoluxmanın sayının 2000-nə çatmasının qarşısını ala bilərik”.

Share: