Qırğızıstan yeni spikerini seçdi

Respublika – Ata Yurd fraksiyasının nümayəndəsi Talant Mamıtov Qırğızıstanın yeni spikeri seçilib.

Milletinsesi.az xəbər verir ki, parlamentdə keçirilən səsvermə zamanı Mamıtov bu vəzifəyə irəli sürülən yeganə namizəd olub.

Qeyd edək ki, bundan öncə spiker Kanat İsayev vəzifəsindən istefa verib. Buna səbəb onun yanvarın 10-da keçiriləcək prezident seçkisində namizəd olmaq istəməsidir.

 

Share: