Bu rayonlarda ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılacaq

7 noyabrdan etibarən 2 şəhər və 8 rayonda ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Milletinsesi.az  bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin qaydalarının sərtləşdirilməsi haqqında qərarında bildirilib.

Qərara əsasən 2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində nəqliyyatın fəaliyyəti tam dayandırılacaq.

Qeyd edək ki, bu vaxtadək həmin inzibati ərazilərdə ictimai nəqliyyatın fəaliyyəti yalnız həftə sonları dayandırılırdı.

Share: