Türkiyə yeni silah icad edib – SİDA

Türkiyə hərbi sənaye sahəsində gerçəkləşdirdiyi layihələrlə adını tanıtmağa davam edir. İstehsal etdiyi yerli silahlar dünyada ön plana keçməkdədir.

ULAQ seriasının ilk məhsulu olan SİDA prototipinin istehsalı dekabr ayında tamamlanacaq. SİDA-nın özəllikləri arasında 400 km məsafəyə qədər gedə bilmə gücü, saatda 65 km sürət, şifrələrlə xəbərləşmə funksiyası daxildir. Həmçinin, raket və kəşfiyyat sistemləri ilə təchiz edilə bilir.

Bununla yanaşı SİDA, eyni və ya fərqli sistemə sahib digər SİDA-larla əməliyyatlarda iştirak edə bilər. Həmçinin, pilotsuz və pilotlu uçuş aparatları ilə paralel şəkildə hərəkət edə biləcək. SİDA sadəcə uzaqdan idarə edilə bilən insansız dəniz donanması olmayacaq. Eyni zamanda süni intellekt və səlis hərəkət özəllikləri ilə də təchiz ediləcək./Redaktor.az

Share: