Hande və Kərəm maskaya 32 dollar ödəyir

Aktyor Kerem Bürsin həmkarı Hande Erçellə restoranlardan birindən çıxarkən görüntülənib.

Milletinsesi.az türk mətbuatına istinadən xəbər verir ki, “Sən Çal Kapımı” serialının ulduzları geyim tərzləri ilə diqqət çəkiblər. Belə ki, ikili koronavirus pandemiyasına qarşı tədbiri əldən buraxmayaraq geyimlərinə uyğun maska da taxıblar.

Lakin bu adi maskalar deyil. Bir dəfəlik istifadə üçün nəzərdə tutulan maskanın qiyməti təxminən 245 lirə, yəni 32 dollardır.

Məşhurların birlikdə lentə alındığı fotosuna “Pandemiyada belə, dəbə uyğun geyinirlər” kimi şərhlər yazılıb.

Share: