Ağcabədidə birmərtəbəli ev yanıb

Ağcabədi rayonunun Cəfərbəyli kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin tavanı 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Share: