Rusiya Xankəndini “Stepanakert” kimi təqdim edir

Rusiya Müdafiə Nazirliyi  və mediası  Xankəndini qaniçən Stepan Şaumyanın adıyla  “Stepanakert” kimi təqdim edir. Bu, ciddi məsələdir…
Xankəndi şəhər sakini olduğu iddia edilən 250-yə yaxın erməni evlərinə qaytarılıb.
Millətin Səsi.az  xəbər verir ki, bu haqda  Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“14 Noyabr 2020-ci ildə təxminən 250  “Stepanakert” sakini evlərinə qayıdıb.  Rusiya sülhməramlı kontingenti ərazidə yerləşdirildikdən və müşahidə məntəqələri qurulduqdan sonra qaçqınların olduğu ilk 9 avtobus “Stepanakert”ə daxil olub. Rus hərbçiləri mülki vətəndaşları “Stepanakert”dəki evlərinə qaytarmaq üçün avtobusların təmas xəttindən keçməsini təmin ediblər” – məlumatda belə deyilir.
P.S. Göründüyü kimi, Rusiya Müdafiə Nazirliyi  və Rusiya mediası Azərbaycan Respublikasının hüquqi-tarixi şəhəri olan və 1991-ci ildə adı rəsmən dəyişdirilən Xankəndini məlumatlarda qaniçən Stepan Şaumyanın adıyla  “Stepanakert” kimi təqdim edir. Son günlər Rusiya mediasında digər toponimlərimizlə bağlı da eyni vəziyyətə dəfələrlə rast gəlinir. Bu, ciddi məsələdir. Bunu rəsmən onlara anlatmaq gərəkdir…
Miq.Az
Share: