“Barselona” 6 futbolçusunu göndərir

“Barselona” heyətində böyük dəyişikliyə hazırlaşır.

Qol.az “Sport.es”ə istinadən xəbər verir ki, Kataloniya klubu qışda 6 futbolçusu ilə yolları ayırmağı planlaşdırır. Bunlar Ektor Firpo, Samuel Umtiti, Mateus Fernandes, Martin Braytvayt, Karles Alenya, Rikardo Puçdur.
hepsibahis
Baş məşqçi Ronald Kumanın planlarına daxil olmayan Firpo ilə “İnter” və “Napoli” maraqlanır. Umtitinin tezliklə icarəyə veriləcəyi gözlənilir. Fransalı müdafiəçi ilə “Lion” və “Roma” danışıq aparır.

“Barselona” gənc futbolçular Karles Alenya və Rikarod Puçu icarəyə göndərməyə hazırlaşır. Alenya ilə İngiltərə və İtaliya klublarının maraqlandığı, Puçun isə “Portu” və ya “Benfika”ya keçəcəyi bildirlib.

Share: