“Sen çal kapımı” serialı ilə bağlı dəyişiklik

Məşhur türk serialı “Sen çal kapımı”nın yayım günü dəyişdirilib.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, çərşənbə günü ekrana gedən reytinqli layihə bundan sonra həftənin şənbə günü nümayiş olunacaq.

Qeyd edək ki, ekran işində baş rolları aktyorlar Hande Erçel və Kerem Bürsin canlandırır. Ssenarisi Ayşe Üner Kutluya məxsus serialda Eda və Serkan adlı iki gəncin sevgi macərasından bəhs edilir.

Share: