Kolarov koronavirusa yoluxdu

“İnter”in futbolçusu Aleksandr Kolarov koronavirusa yoluxub.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 35 yaşlı müdafiəçinin artıq karantinə alındığı bildirilib.

Qeyd edək ki, Kolarov bu mövsüm “İnter”in heyətində 6 matça çıxıb.

Share: