Ermənistanda koronavirusa yoluxanların sayı 120 mini keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 120 459 nəfərə çatıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, son sutka ərzində 1 589 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 28 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 839 nəfər koronavirusdan ölüb, 38 082 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Share: