Ermənistanda bir gündə koronavirusdan 31 nəfər öldü

Ermənistanda daha 1520 nəfərdə koronavirus aşkarlanıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 121 979-a yüksəlib.

Ermənistanda pandemiyadan ölənlərin sayı sutka ərzində 31 nəfər artaraq 1 870-ə çatıb. Koronavirusa yoluxub digər səbəbdən ölənlərin sayı isə ötən sutka 9 olmaqla, 469-a yüksəlib.

 

Share: