Obamanın kitabı satışa çıxdığı ilk gündən rekord qırdı

ABŞ-ın sabiq prezidenti Barak Obamanın “Vəd edilmiş torpaq” kitabının birinci cildi işıq üzü gördüyü ilk gündən etibarən satış rekordu əldə edib.

Bu barədə “The New York Times” nəşri “Penguin Random House” nəşriyyat evinin yaydığı məlumata istinadən xəbər yayıb.

Qeyd olunur ki, ötən gün (17 noyabr) ABŞ və Kanadada kitabın birinci hissəsinin 887 mindən çox nüsxəsi satılıb.

Bu rəqəm çap, audio və rəqəmsal formatları əhatə edir./oxu.az

Share: