Millimizin oyunlarının təqvimi açıqlandı – Avro-2022

Futzal üzrə Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Qol.az xəbər verir ki, Slovakiya, Yunanıstan və Moldova yığmaları ilə 3-cü qrupda mübarizə aparacaq yığmamızın oyunları 2021-ci ilin yanvar-aprel aylarında keçiriləcək.

Avro-2022-nin seçmə mərhələsi, 3-cü qrup


29 yanvar

Azərbaycan – Slovakiya

2 fevral

Yunanıstan – Azərbaycan

4 mart

Azərbaycan – Moldova

9 mart

Moldova – Azərbaycan

8 aprel

Slovakiya – Azərbaycan

14 aprel

Azərbaycan – Yunanıstan

Share: