“Atletiko” ilə oyunu buraxacaqlar

“Barselona”nın futbolçuları Serxi Buskets, Samuel Umtiti və Ansu Fati La Liqanın 10-cu turunda “Atletiko” ilə oyunu buraxacaqlar.

Qol.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb onların zədəli olmasıdır. Sözügedən oyunçuların adı Madrid təmsilçisi ilə görüş üçün heyətə daxil edilməyib.

Qeyd edək ki, zədə səbəbindən bir aydır oynamayan Filipp Koutinyonun adı isə iştirak ərizəsinə salınıb.

Əlavə edək ki, bu gün keçiriləcək “Atletiko” – “Barselona” görüşü Bakı vaxtı ilə 24:00-da başlayacaq.

Share: