Qablaşdırılmış toyuqlarda koronavirus var? – Xəbərdarlıq

Çində dondurulmuş toyuq və dəniz məhsullarında koronavirus aşkarlanıb.

Bu hadisədən sonra professor İşıl Var bildirib ki, qida yolu ilə virusun yayılmadığını düşünmək düzgün deyil. İnsanlar buna ciddi diqqət göstərməlidirlər:

“Əsasən çiy şəkildə qəbul edilən meyvə və tərəvəzlər daha çox təhlükəli ola bilər. Bugün COVID-19 infeksiyasının qida yolu ilə yayılmadığını desək, iki gün sonra sırf bu yolla yoluxma faktı ilə qarşılaşa bilərik. Artıq bu barədə ilk xəbərlər almışıq. Çində dondurulmuş toyuq və balıq məhsullarında virus aşkarlanıb, lakin həmin məhsulların satışı ilə məşğul olan şəxslərin test nəticələri neqativdir. Bu da onu göstərir ki, həmin işçilər fərdi gigiyenalarına ciddi nəzarət ediblər. Lakin o insanların yoluxmaması qidada virusun olmadığı mənasını daşımır. Bu nöqteyi nəzərdən bildirmək istəyirəm ki, virusa qarşı bütün tədbirlər ciddi şəkildə yerinə yetirilməlidir. Bu virus mutasiya keçirərsə, qida yolu ilə çox asanlıqla yayıla bilər”.

Professor toyuqlarda aşkar olunan virusdan danışaraq bildirib ki, “Quş qripi” virusu da bütün quş siniflərinə daxil olan heyvanlarda aşkar edilmişdi:

“Bu virusun insanlara yoluxmasının qarşısını almaq məqsədilə toyuqların 80 dərəcədə bişirilməsi məsləhət görülmüşdü. Normal zamanlarda yaxşı bişmiş ət, yaxud tərəvəzlər bir çox mikroblardan arınmış olur. Bu tip qidalarda təkcə korona deyil, digər bakteriyalardan ibarət infeksiyalar da ola bilər. Əsas olan isə gigiyena qaydalarına ciddi şəkildə əməl etməkdir”.Redaktor.az

Share: