“Qarabağ”ın Türkiyəyə səfər proqramı bilindi

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Sivasspor”la qarşılaşacaq “Qarabağ”ın Türkiyəyə səfər planı müəyyənləşib.

Qol.az xəbər verir ki, Qurban Qurbanovun komandası oyundan bir gün əvvəl – noyabrın 25-də İstanbula gedəcək.

Ağdam təmsilçisini aparacaq təyyarənin saat 12:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxacağı nəzərdə tutulub.

Qeyd edək ki, noyabrın 26-da İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Sivasspor” görüşü Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Share: