Gürcüstanda 3128 yeni yoluxma, 39 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 128 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.

Milletinsesi.az  xəbər verir ki, bu barədə Gürcüstan Qurumlararası Koordinasiya Şurası məlumat yayıb.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 111 818 nəfərə, ölənlərin sayı isə 1 051 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 92 215 nəfərin sağaldığı bildirilir.

Share: