Kəlbəcərin işğaldan azad olunması münasibətilə yürüş keçirilir

Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Bakı şəhərində bayram yürüşü başlayıb.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, müraciətdən sonra Bakı sakinləri Heydər Əliyev Mərkəzindən Şəhidlər Xiyabanı istiqamətində yürüş edib. Əhalinin bir qismi isə eyni vaxtda Bakının Yasamal rayonu, 20 saylı orta məktəb – liseyindən yürüşə start verib.

Share: