Füzulidə iki avtomobil toqquşdu: ölən var

Füzuli rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, noyabrın 24-də saat 21 radələrində rayonun Əhmədbəyli kəndi ərazisində kənd sakini S.Əsgərovun idarə etdiyi “QAZel” və Horadiz şəhər sakini Elmir Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

Share: