Pis fikirləri özümüzdən necə uzaqlaşdıraq?

İnsanın günaha batmasına təhrik edən nəfsani qüvvələrdən biri də iffəti qorumamaq müstəvisindədir. Ona görə də insan nəfsani istəklərini kontrolda saxlamağı bacarmalıdır ki, günahdan uzaq olsun.

Bunun üçün nə etməli?

1. Təfəkkür etmək və düşünmək. İnsanın günah etməsinə səbəb olan amillərdən biri – onun agahsız olmasıdır. Əgər bizim səhərdən axşama qədər dünyaya başımız qarışsa və Allahı və ölümü unutsaq və əməllərimizin sonu barəsində düşünməsək – o zaman rahatlıqla günah etmiş olarıq. Ancaq əksinə – əgər təfəkkür etsək və düşünsək, bu zaman günahdan uzaq olmağa çalışacağıq.

2. Özünü cəzalandırmaq. Nəfsimizi islah etmək üçün cəza metodundan istifadə edə bilərik. Əvvəl nəfsimizi hədələməliyik və sonra özümüzə deməliyik ki, mən qərara gəlmişəm ki, bu gün günah etməyəm. Əgər bu yolda mənimlə həmkarlıq etməsən, səni cəzalandıracağam. Misal üçün, filan xoşladığım işdəm imtina edəcəyəm.

3. İnsani dəyərləri gücləndirmək. Əgər insan dərk etsə ki, dəyərli varlıqdır və Allah ona kamal vermişdir, rəzil sifətlərdən uzaq olmağa çalışacaq və fəzilətli sifətlərə üz tutacaqdır. İmam Əli (ə) buyurur: “Hər kim nəfsini əziz tutar – şəhvətlər onun üçün kiçik və dəyərsiz olar”.

4. Pis dostlarla əlaqəni kəsmək. İnsan təsir qəbul edən varlıqdır və bir çox rəftar və sifətləri başqalarından götürər. O cümlədən dostlarından. Ona görə də insanın dostları yaxşı olmalıdır ki, ona təsir edən sifətlər də yaxşı olsun. Pis dostlardan uzaq olmaq lazımdır.

5. Büdrəməyə səbəb olan yerlərdən uzaq olmaq. O kəs ki, nəfsani istəkləri kontrolda saxlamaq istəyir – gərək fikirlərini mənfi tərəfə təhrik edən yerlərdən uzaq olsun. O yerlərdə ki, günah ehtimalı vardır – ora getməsin.

6. Günaha təhrik etməyin müqəddiməsinin qarşısını almaq. İnsanı fəsada təhrik edən amillərdən biri – naməhrəmə baxmaqdır. Əgər insan naməhrəmə baxmaqdan çəkinərsə, o zaman şəhvətin müqəddiməsindən uzaqlaşmış olar. Ona görə də nəfsani istəkləri kontrolda saxlamaq üçün, insan gərək ilk olaraq gözünə və qulağına nəzarət etsin.

Milli.Az

Share: