Gürcüstanda son sutkada 3 801 nəfər koronavirusa yoluxub, 39 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 801 yoluxma halı qeydə alınıb, 39 nəfər ölüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 118 690 nəfərə, ölənlərin sayı isə 1 124 nəfərə çatıb.

Virusa yoluxanlardan 98 781 nəfərin sağaldığı bildirilir.

Share: