Ermənistanda son sutkada COVID-19-a 1 264 yoluxma qeydə alınıb, 35 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 264 yoluxma halı qeydə alınıb, 35 nəfər ölüb.

Milletinsesi.az bildirir ki, Ermənistanda indiyədək COVID-19-a yoluxanların sayı 137 231 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 2 228 nəfərə çatıb.

Ermənistanda xəstəlikdən sağalanların sayı 111 795 nəfərdir.

Share: