Superliqa klubunda yeni baş məşqçi

Türkiyə Superliqa təmsilçisi “Erzurumspor”un yeni baş məşqçisi müəyyənləşib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Hüseyn Şimşir təyin olunub. Onunla 1+1 illik müqavilə imzalanıb. H.Şimşir bu vəzifədə istefaya göndərilən Mehmet Özdileki əvəzləyib.

Qeyd edək ki, “Erzurumspor” hazırda ölkə çempionatında 9 xalla 21 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Share: