İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Milletinsesi.az fərmanın mətnini təqdim edir:

1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2272; 2018, № 6, maddə 1201; 2020, № 2, maddə 102, № 4, maddə 414, № 5, maddə 545) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7.5-ci bənddə ikinci halda “mülkiyyətinə (balansına)” sözləri “və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərin mülkiyyətinə (balansına, istifadəsinə)” sözləri ilə əvəz edilsin;

1.2. 11.1-ci bənddə “tələblərinə” sözü “7.5-ci bəndinə” sözləri ilə, “mülkiyyətinə (balansına)” sözləri “, müvafiq dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə)” sözləri ilə əvəz edilsin;

1.3. 11.2-ci bənddə “mülkiyyətinə (balansına)” sözləri “, müvafiq dövlət orqanlarının (qurumlarının), habelə qeyri-kommersiya hüquqi şəxslərinin mülkiyyətinə (balansına, istifadəsinə)” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

 

 

Share: