Ərdoğan dekabrın 8-də Bakıya gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 8-də Bakıya gələcəyini açıqlayıb.
Milletinsesi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Bakıya həyat yoldaşı Əminə Ərdoğanla birgə səfər edəcəyini bildirib: “Dekabrın 8-də Bakıda bir sıra tədbirlərdə iştirak edəcəyik”.
Qeyd edək ki, Ərdoğanın Bakıda Qələbə günü ilə bağlı keçiriləcək paradda iştirak edəcəyi bildirilirdi.
Share: