Ankarada şəhidlərimiz yad edildi

Azərbaycan Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə keçirilən anım tədbiri Ankarada da qeyd edilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin rəsmi Tvitter hesabında məlumat verilib.

Bildirilib ki, səfirliyin qarşısında yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə saat 12:00-da) Azərbaycan Vətən müharibəsi şəhidləri 1 dəqiqəlik sükutla yad edilib:

“Şəhidlərimizin əziz xatirəsini Səfirliyimizdə bir dəqiqəlik sükutla yad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlər ölməz, Vətən bölünməz”.

 

Share: