“Arıza”da yeni aktyor

Türkiyənin “Arıza” serialına yeni aktyor daxil olub. 

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, günbəgün aktyor heyəti genişlənən seriala Eda Şölenci qatılıb. O, “Arıza” da Seda obrazına həyat verəcək. Edanın gəlişi ilə ekran işinin daha da maraqlı olacağı bildirilir.

Uzun müddət fasilədən sonra yenidən tamaşaçılar qarşısına çıxan aktrisa bu günə qədər “Güneşin Kızları”, “Adı Efsane”, “Aslan Ailem” və “Aşk Ağlatır” kimi seriallarda çəkilib.

Share: