Rusiyada daha 599 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 26 513 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milletinsesi.az-ın verdiyi məlumatına görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 131 550 nəfərə çatıb.

Son sutka ərzində 599 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 56 426 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir

Share: