Dünyada koronavirusa yoluxanların sayı 83,4 milyonu keçdi

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 83,4 milyon nəfəri ötüb.

Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 83 444 482 nəfərə çatıb. Onlardan 1 818 372 nəfəri ölüb, 58 milyon nəfərdən çoxu isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (19 968 087), Hindistanda (10 298 710) və Braziliyada (7 975 973) qeydə alınıb.

Share: