“Milan”dan tarixi rekord

“Milan” klub tarixinin rekorduna imza atıb.

Qol.az xəbər verir ki, “qırmızı qaralar” A Seriyasının 15-ci turunda “Benevento”ya 2:0 hesabı ilə qalib gələrək xallarının sayını 37-ə çatdırıb.

Bu, klub tarixinin yeni rekordudur. “Milan” heç vaxt ilk 15 matça bu qədər çox xal yığmayıb.

Qeyd edək ki, hazırda lider olan “Milan” ötən mövsüm də nəzərə alınmaqla A Seriyasında 27 oyundur uduzmur.

Share: