Rusiyada koronavirusdan ölənlərin sayı 59 minə çatır

Rusiyada koronavirusa yoluxanların sayı 3,26 milyonu keçib.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 23 351 nəfər virusa yoluxub, 482 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 260 138 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 58 988-ə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 640 036 şəxs virusdan sağalıb, 561 114 nəfərin müalicəsi isə davam edir.

Share: