İran uranın 20 faiz zənginləşdirilməsinə başlayıb

İran Fordo nüvə obyektində uranın 20 faiz zənginləşdirilməsi prosesinə başlayıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Əli Rabia məlumat yayıb.

“İran prezidenti bir neçə gün əvvəl uranın 20 faiz zənginləşdirilməsi işlərinə başlamağı tapşırıb. Bir neçə saat əvvəl isə ilkin tədbirlərdən sonra UF6 (Uran hexafluorid) qazının verilməsi prosesinə başlanıldı. İlk məhsulu yaxın saatlarda görə biləcəyik”, – Rabia bildirib.

 

Share: