İndoneziyada qəzaya uğramış təyyarənin qara qutusu tapıldı

Bir neçə gün əvvəl İndoneziyada qəzaya uğramış təyyarənin qara qutusu tapılıb.

Milletinsesi.az xəbər verir ki, qara qutu sahilə çıxarıldıqdan sonra qəzanın səbəbləri ilə bağlı araşdırma başlayacaq.

Qeyd edək ki, yanvarın 9-da İndoneziyanın “Sriwijaya Air” şirkətinə məxsus sərnişin təyyarəsi Yava dənizi üzərində radarlardan itmişdi. Təyyarənin göyərtəsində azı 65 nəfər – 10 uşaq daxil olmaqla 53 sərnişin və 12 heyət üzvü olub.

Share: